Rusiyada 8 yaşlı uşaq hərbi komissarlığın qarajını yandırıb

Vladivostokda 3-cü sinif şagirdi hərbi komissarlığın ərazisində yanğın törədib.

Azpost.info Lenta.ru-ya istinadən bildirir ki, səkkiz yaşlı məktəbli saxlanılıb. Uşağın dediyinə görə, əyləncə məqsədilə hərbi komissarlığın ərazisində yerləşən qarajı yandırıb. Yanğın söndürülüb, binanın içərisindəki mebel yanıb.

Gənc xuliqana əqli inkişafın ləngiməsi diaqnozu qoyulub. Hadisədən sonra polis 3-cü sinif şagirdinin 41 yaşlı anasına qarşı “Valideynlərin yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə öhdəliklərini yerinə yetirməməsi” maddəsi ilə inzibati protokol tərtib edib.

Azpost.info

Əvvəlki məqalə

Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Sonrakı məqalə

Kofe və çayı çox içmək oynaqlara pis təsir edir