Rusiyada azyaşlı qızının görüntülərini pornosaytlara satan ana həbs edilib

Rusiyada 37 yaşlı qadın on yaşlı qızı ilə porno çəkdirərək internetdə yerləşdirib.

Azpost.info bildirir ki, hadisə Rostov vilayətində baş verib.

37 yaşlı Kamensk şəhər sakini kiçik qızının iştirakı ilə əxlaqsız videogörüntülər çəkərək internetdə satırmış. Qadına qarşı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanları məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, şübhəli şəxs mobil telefon vasitəsilə 2013-cü il təvəllüdlü qızının iştirakı ilə dəfələrlə striminq platformalarından birində pornoqrafik material yerləşdirib.

Qadının evində axtarış aparılıb, onun törətdiyi cinayətlərə dair sübutlar aşkar edilib.

Qadın günahını boynuna alıb, bədnam əməlini qızından pul qazanmaq istəyi ilə izah edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.