Rusiyada bir gündə 2774 nəfər koronavirusa yoluxub-

22 nəfər ölüb
14 Aprel 2020 - 11:39

Rusiyada son sutka ərzində daha 2774 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 21 102 nəfərə çatıb.

Son sutka ərzində 22 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 170-ə çatıb.

Sağalanların sayı 1694 nəfərdir.