Rusiyada cinayət törədənin xarici vətəndaşlığı ağırlaşdırıcı hal kimi qeydə alınacaq.
Azpost.info bildirir ki, bu barədə Rusiya Dövlət Dumasına qanun layihəsi təqdim edilib.
Qanun layihəsinə görə, Rusiya ərazisində cinayət törədərkən xarici vətəndaşlığın olmasını ağırlaşdırıcı hal kimi tanınacaq.
“Yeni ağırlaşdırıcı halın tətbiqi əsaslandırılmış addımdır. Çünki Rusiya ərazisində qonaq qismində olan və qəbul edən ölkənin qanunlarını pozan şəxslər tərəfindən törədilən cinayətlərin ictimai təhlükəsinin artmasını nəzərə alır. Həmçinin əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər arasından potensial cinayət törətmiş şəxslər üçün çəkindirici qüvvə yaradır”-deyə sənəddə qeyd olunub.
Azpost.info