Rusiyada Harri Kasparova qarşı cinayət işi açmağa hazırlaşırlar

Müstəntiqlər şahmat üzrə dünya çempionu Harri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər.

Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məşhur şahmatçı Rusiyada xarici agent kimi tanınıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.

Martın 6-da şahmatçı rəsmi olaraq terrorçu və ekstremistlər siyahısına daxil edilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.