Rusiyada helikopterin qəzaya uğradığı yer müəyyən edilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri Kareliyada Oneqa gölü üzərində itib.

Bu barədə Rusiya FHN məlumat yayıb.

“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Prionejskinin Derevyannoye kəndi ərazisində təqribən əlaqəni dayandırıb” – deyə nazirlikdən bildirilib.

Daha sonra Oneqa gölündə Mi-8 helikopterinin qalıqları tapılıb.

Kareliyada, Oneqa gölündə Rusiya FHN-in itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yer aşkarlanıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

“Mi-8 helikopterinin qalıqları sahildən 11 km aralıda tapılıb. Tapıntının olduğu yerdə gölün dərinliyi 40-50 m arasında dəyişir”, – idarənin açıqlamasında bildirilir.

Fövqəladə vəziyyətin araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb. Xilasedicilər aerokirşələrlə gölün ətrafını tədqiq ediblər.

İşə 33 texnika və 140-dan çox adam cəlb olunub. Onların arasında Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin 60 m-ə qədər dərinliyə enmək lisenziyası olan dalğıclar da var. Sualtı işlərdə onlar 300 m-ə qədər dərinliyə dala bilən “Falcon” uzaqdan idarə olunan cihazdan istifadə edirlər.

Əvvəlki məqalə

Qəzzadakı böhran daha da böyüyə bilər –

Sonrakı məqalə

Sabah prezident seçkiləriylə əlaqədar təşviqat başa çatır