Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli özəl qocalar evi yanıb.
Bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Baş verən yanğında 20 nəfər ölüb.
Yanğınsöndürənlər gələnə kimi 180 kvadratmetr sahə yanıb. Yanğınla bağlı məlumatın Fövqəladə Hallar Nazirliyinə gec daxil olması yanğının genişlənməsinə şərait yaradıb.
Hazırda hadisə yerində axtarışlar davam edir.