Rusiyada silahlı şəxs bağçada 2 uşağı öldürüb

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında silahlı insident olub.

Azpost.info bildirir ki, bu barədə regionun sabiq meri, Dövlət Dumasının deputatı Sergey Morozov Telegram-kanalda yazıb.

O bildirib ki, tərbiyəçi və 2016, 2017-ci il təvəllüdlü 2 uşaq həlak olub. Daha bir qadın yaralanıb.

Hadisə Veşkayma rayonunun SSRİ-nin 50 illiyi küçəsindəki “Ryabinka” uşaq bağçasında baş verib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.