Rusiyada prezident Vladimir Putinə yüksək etimad reytinqi var.
Azpost.info bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin ( VSİSOM) keçirdiyi sorğunun nəticələri göstərib.
Ötən həftə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 80%-i Putinə etimadla bağlı birbaşa suala müsbət cavab verib.
Vətəndaşlar Baş nazir Mixail Mişustinə etibarı 61,8% civarındadır. Reytinqdə üçüncü yeri Gennadi Züqanov tutur – 32,6%.
Respondentlərin 77,%-i Vladimir Putinin fəaliyyətini bəyənir. Müvafiq olaraq 54,2% və 51,8% Rusiya baş nazirinin və hökumətinin işini müsbət qiymətləndirir.
“Vahid Rusiya” partiyasını respondentlərin 36,5%-i dəstəkləyir, ikinci yeri Rusiya Kommunist Partiyası tutur – 10%, LDPR isə ilk üçlüyü qapayır – 9,3%.