“Rusiyadan aldığımız S-400-lər istismara hazırdır”- Hulusi Akar

“Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri istismara hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Türkiyə Böyük Millət Məclisində çıxış edən Akar qeyd edib ki, ölkənin hava məkanına təhlükə yaranarsa, hava hücumundan müdafiə sistemləri işə salınacaq: “Hər hansı formada belə bir təhlükə yaranarsa, Türkiyə onu yerləşdirəcək və ölkəmizin hava hücumundan müdafiəsinin harada həyata keçiriləcəyinə qərar verdikdən sonra istifdə edəcək”.

Nazir bildirib ki, Ankara ABŞ-dan F-16 qırıcıları almaq üçün səy göstərir.

“Sövdələşmə baş tutmasa, Ankaranın başqa variantları var”, – Akar əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

“Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir…” –

Sonrakı məqalə

Yerusəlimdə partlayışlar olub –