“Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir…” –MARADONANIN OĞLU

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın oğlu milli komandanın dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesablı məğlubiyyətinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, mərhum atasının adını daşıyan Dieqo Armando Maradona bunu böyük şok kimi dəyərləndirib.

O, həmçinin Maradona ilə millinin hazırkı kapitanı Lionel Messinin müqayisəsinə də toxunub: “Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir, amma mən Messiyə dərhal nöqtə qoymaq istəmirəm. Bu məğlubiyyətdən məyus oldum. Bütün bunların baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir. Amma futbolda elə olur ki, hətta daha zəif rəqiblərə də uduzursan”.

Qeyd edək ki, Argentina yığması qrupda növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.