Yerusəlimdə partlayışlar olub –1 nəfər ölüb, 20 yaralı var

İsrailin Yerusəlim şəhərində partlayış baş verib, xəsarət alanlar var.

Bu barədə İsrailin “The Jerusalem Post” nəşri məlumat yayıb.

Yerusəlim şəhərində baş vermiş partlayışlar nəticəsində 1 nəfər ölüb, xəsarət alanların sayı 20-yə yüksəlib.

İlkin məlumatda deyilib ki, bu gün səhər Yerusəlimin mərkəzi avtobus stansiyasının yaxınlığında partlayış baş verib. Baş vermiş partlayışdan sonra həmin əraziyə yaxın sərnişin avtobusunda daha bir partlayış baş verib.

Partlayışların baş vermə səbəbi kimi çantalarda yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi göstərilib.

Əvvəlki məqalə

“Rusiyadan aldığımız S-400-lər istismara hazırdır”

Sonrakı məqalə

SEPAH-ın polkovniki Suriyada öldürülüb