“Gotbit” kriptovalyuta şirkətinin rəhbəri Aleksey Andryunin ABŞ-ın tələbi ilə Portuqaliyada saxlanılıb.
Azpost.info xəbər verir ki, ABŞ-ın Massaçusets Ədliyyə Nazirliyinin məlumatına görə, o, bazar manipulyasiyası və fırıldaqçılıqda ittiham olunur.
Bu, Rusiya ilə əlaqəli kriptovalyuta biznesmenlərinin ABŞ hakimiyyətinin tələbi ilə saxlanılması ilə bağlı ən azı dördüncü haldır.
İndi Andryunini ekstradisiya gözləyir. Bu işin bir hissəsi olaraq, “Gotbit” də daxil olmaqla 18 fiziki şəxs və şirkətə qarşı ittiham irəli sürülüb.
“Gotbit”in marketinq direktoru Fyodor Kedrov və satış direktoru Kavi Jalili ABŞ səlahiyyətliləri tərəfindən fırıldaqçılığı və bazar manipulyasiyasında ittiham olunur.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 2018-ci ildən 2024-cü ilə qədər “Gotbit” bir neçə kriptovalyuta şirkətinə, o cümlədən ABŞ-a saxta ticarət xidmətləri göstərib. Şirkət saxta əməliyyatlar aparıb və on milyonlarla dollar dəyərində gəlir əldə edib.
Azpost.info