Rusiyadan ölkəmizə gələn turistlərın sayı 62 faiz artıb

Rusiyalı turistlər tərəfindən Azərbaycanda fəaliyyət göstərən dağ-xizək kurortlarına maraq artıb.

Bu barədə Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın bir neçə şəhərində təşkil olunmuş tədbirlərdə məlumat verilib.

Məlumata görə, ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana səfər edənlərin sayında da artım müşahidə edilib.

Bu ilin yanvar-avqust aylarında Rusiyadan 426 min 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62 faiz artım deməkdir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.