Rusiyadan Türkiyəyə 24 milyard dollar pul gəlib? –Vəsaitlərin mənbəyi gizli saxlanılır (The Financial Times)

Türkiyə iqtisadiyyatı bu gün çətin günlərdən keçir. Vəziyyətin yaxşılaşmasına naməlum xarici mənbənin ölkəyə yatırdığı 24 milyard dollar kömək edib. Yəqin ki, söhbət rus pulundan gedir.

Azpost.info bildirir ki, bu barədə “The Financial Times” yazır.

Türkiyə Mərkəzi Bankı son 40 il ərzində ölkəyə xaricdən daxil olan rekord maliyyə axınıın məbləğini açıqlayıb.

Rusiya Federasiyası ilə Ukrayna arasında müharibənin fonunda son 7 ay ərzində ölkəyə aktiv şəkildə pul daxil olub.  Söhbət 24,4 milyard dollardan gedir. Vəsaitlərin mənbəyi gizli saxlanılır. Lakin ekspertlərin fikrincə, bu, Rusiya Federasiyası ola bilər.

Məsələ burasındadır ki, Kremlin aqressiv siyasətinə görə Rusiya pulu artıq Qərbdə xoş qarşılanmır. Ankara Moskvanın acınacaqlı vəziyyətindən istifadə edərək, onunla fəal şəkildə sıx ticarət əlaqələri qurmağa başlayıb.

Faktiki olaraq Türkiyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan əsas faydalanan ölkələrədn birinə çevrilib. Türkiyə prezidenti Ərdoğan əlavə vəsaitin mənbəyini göstərməyə tələsmir və sadəcə qeyd edir ki, bunlar bəzi “dost ölkələr”dir. O, həmçinin qeyd edib ki, alınan pul Türkiyəni “daha ​​rahat hiss etməyə” imkan verir.

Qeyd etmək lazımdır ki, hazırda Türkiyə ciddi iqtisadi problemlər yaşayır. 2022-ci ildə ölkənin büdcə kəsiri artıq 36,7 milyard dolları keçib, inflyasiya 80%-ə yaxınlaşıb, ölkədən kapital axını artıb. Və bu vəziyyətdə məxfi mənbədən gələn pullar ölkə üçün faydalı olar.

Əvvəlki məqalə

“Can Azərbaycanın yanında olmaqda qərarlı şəkildə davam edəcəyik”

Sonrakı məqalə

Kraliça II Elizabetin dəfn mərasimi başa çatıb