Rusiyalı deputat Niderlanda nüvə zərbəsi endirməyə çağırıb

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Niderlanda nüvə zərbəsi endirməyə çağırıb.

Azpost.info bildirir ki, o, bu fikri Vladimir Solovyovla “Bazar axşamı” teleşousunun yayımı zamanı səsləndirib.

O, çıxışı zamanı bildirib ki, Avropanın karbohidrogen ehtiyatlarının təxminən 50-60%-i Niderland sahilində yerləşir. Onun sözlərinə görə, bu, kritik zərər  vurmağa qadir olan qoşunlar üçün “yağlı hədəfdir” və nəticədə “Avropa diz çökəcək”.

“Bu, minimum nüvə silahı ilə bir günün məsələsidir” -deyə deputat bildirib.

Öz növbəsində, proqramın aparıcısı Solovyev deputatla sursatın “nüvə” olacağını deyib. Deputat “mütləq” cavabını verib.

Əvvəlki məqalə

“Qəbuledilməzdir!”

Sonrakı məqalə

Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər