Rusiyalı həmsədr ABŞ-dan olan həmkarının Qarabağla bağlı müzakirə təklifini rədd edib

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.

Bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun “Twitter” hesabında məlumat verilib.

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib”, – qeyd olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub. (APA)
Əvvəlki məqalə

“Britaniyaya köçün!” – Boris Conson Rusiya alimlərinə müraciət etdi

Sonrakı məqalə

Ukrayna taxılın daşınması üçün yeni dəhliz təklif edib