Rusiyalı milyarderlər ABŞ-la gizli danışıqlara başlayıb

Putinə yaxın milyarderlər Rusiyada birgə biznes layihələri ilə bağlı ABŞ-la gizli danışıqlara başlayıblar.

AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Gennadi Timçenko, Yuri Kovalçuk və Arkadi və Boris Rotenberq qardaşları Amerika şirkətlərinə Rusiyadakı qaz yataqlarına, nadir torpaq metallarına və əsas enerji aktivlərinə çıxış təklif ediblər.

Trampın dostu Centri Biç də “Novatek”lə Arktikada LNG layihəsində 9,9% payın alınması barədə danışıqlar aparıb, Exxon Mobil şirkətinin baş vitse-prezidenti Neil Çapman isə Qətərdə “Rosneft”in baş direktoru İqor Seçinlə gizlicə görüşüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.