Rusiyalı müğənnilər Baskov, Qazmanov və Kirkorova sanksiya tətbiq edildi

Avstraliya rusiyalı ifaçılar Nikolay Baskov, Nikolay Rastorquev, Oleq Qazmanov və Filipp Kirkorov da daxil olmaqla bir neçə rusiyalı məşhura qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, Avstraliya bu gün Rusiyanın 35 fiziki və 37 hüquqi şəxsinə əlavə sanksiyalar və səyahət qadağası tətbiq edib.

Siyahıya qubernatorlar Oleq Kojemyako, Qleb Nikitin, Vladimir Solodov, Natalya Komarova, Murat Kumpilov və Artem Zdunov da daxil edilib.

Məhdudiyyətlər Rusiya media şirkətlərinin rəhbərlərinə – VGTRK-nin baş direktoru Oleq Dobrodeyevə, “Qırmızı Ulduz” ASC Yaradıcılıq Assosiasiyasının idarəedici təşkilatının prezidenti Aleksey Pimanova və “Qazprom Media” baş direktorunun müavini Tina Kandelakiyə də şamil edilib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynaya silah tədarükünün müharibəni uzatdığını deyənlər Putinin əlinə oynayır”

Sonrakı məqalə

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb