Rusiyalılar qışda səyahət üçün Azərbaycanı seçirlər

Rusiyalılar qışda səyahətlər üçün ən populyar ölkələrin adlarını çəkiblər.

Azərbaycan rusiyalılar arasında qış fəslində səyahətlər ən çox tələbat olan ölkələrdən biri hesab edilib. Bu barədə “Yandeks.Puteşestviya” araşdırmasının nəticələrində bildirilir.

Bu qışda uzunmüddətli səfərlər üçün rusiyalılar arasında ən populyar ölkələr Azərbaycan, Tailand, Türkiyə və Şri-Lanka, ən populyar istiqamətlər isə Pxuket, Bakı, Kolombo və İstanbuldur.

Tədqiqat nəticəsində məlum olub ki, rusiyalılar qış fəslində orta hesabla beş həftə isti ölkələrdə yaşamağı planlaşdırırlar. Ən uzunmüddətli səfərlər 3 aydan çox davam edəcək.

Ekspertlər qeyd edirlər ki, hazırda Rusiyada qış fəslində xarici ölkələrə uzunmüddətli səfərlərə maraq tədricən bərpa olunur. Builki qışı planetin isti guşələrində keçirməyi qərara almış respondentlərin sayı ötənilki illə müqayisədə 20 faiz artıb. Düzdür, hələlik bu rəqəm pandemiyadan əvvəlki ilə müqayisədə 60 faiz azdır, lakin müsbət trend müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə ötən gün COVİD-ə yoluxanların və sağalanların sayı açıqlandı –

Sonrakı məqalə

Moskvada “3+3” formatında ilk iclas keçirilir