Fələstin Rusiyanı dəstəkləyir və onun rəhbərliyinə güvənir.
Azpost.info xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas Novo-Oqarevoda Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Cənab prezident, sizinlə ünsiyyətdə olmaq, məsləhətləşmək mənim üçün çox xoşdur. Ümid edirik ki, həmişə belə olacaq”, – Abbas bildirib.
Azpost.info