“Rusiyanı terror sponsoru kimi tanımasanız, bunu Konqres edəcək”- Blinkenə ultimativ MÜRACİƏT

“Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etmək üçün prosedur başaladılmalıdır!”.

Azpost.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu tələblə dövlət katibi Entoni Blinkenə müraciət edib.

“Politico” öz mənbələrinə istinadən yazır ki, xanım Pelosi Blinkenlə telefon danışığı zamanı deyib ki, ABŞ Dövlət Departamenti bunu etməsə, Konqres Rusiyanı terrorizmin sponsoru kimi tanınması proseduruna müstəqil şəkildə başlayacaq.

Mənbələr qeyd edirlər ki, Konqres Dövlət Departamentinə ölkələri terrorizmin sponsorları reyestrinə daxil etmək hüququ verib. Lakin department Rusiya ilə bağlı hələ də müvafiq addımlar atmayıb.

“Konqres tərəfindən Rusiyanın məlum siyahıya daxil edilməsi haqqında qanunun qəbulu açıq-aydın çətin yoldur. Lakin bu, administrasiyaya iqtisadi təzyiqi və anti-Putin ritorikasını gücləndirmək üçün lazım olan siyasi örtüyü verəcək”, – mənbələr izah edirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda xadimə evdən 24 min manat oğurlayıb

Sonrakı məqalə

Media nümayəndələri Heydər Əliyevin və Zərdabinin məzarını ziyarət edib –