Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir

 

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.

Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.

Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.

Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.

Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar. Üç nəfər saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir