Rusiyanın “Starodvorskie kolbas” şirkətinin məhsullarında ət yapışqanı tapılıb.
Azpost.info bildirir ki, şirkət “Vyazanka”, “Starodvorye”, “Soçinka” və “Yadryona kopot” brendləri altında məhsullar istehsal edir.
“Rosselxoznadzor” nümunələri Mordoviyadakı mağazalar şəbəkəsində satılan kolbasa üzərində araşdırma aparıb. Bundan əvvəl bu şirkətin kolbasalarında ət yapışqan tapılıb.
Qadağan olunmuş bu ferment həzm pozğunluğuna gətirib çıxarır və immunteti azaldır.
Təhlükəsiz və keyfiyyətsiz məhsulların aşkarlanması barədə məlumat Rospotrebnadzor-a göndərilib.
Ət və süd məhsulları istehsalçıları qadağan olunmuş bu fermentdən – mikrobial transqlutaminazdan getdikcə daha çox istifadə etməyə başlayıblar. “İzvestiya” Rosselxoznadzor və Rospotrebnadzorun hesabatına istinadən yazır ki, iki il ərzində “ət yapışqanı” kimi tanınan əlavənin aşkarlanması hallarının sayı təxminən 2,5 dəfə artıb.
Departamentin məlumatına görə, 2023-cü ildə 25 belə hal qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə iki dəfə çoxdur. 2024-cü ilin birinci yarısında isə artıq 28 hadisə qeydə alınıb.
Bu ferment əzələ toxumasının parçalarını vetçina və ya steyk ət və digər zülal məhsullarında bir-birinə “yapışdırmaq” üçün istifadə olunur. Ondan həmçinin aşağı keyfiyyətli ət məhsullarının keyfiyytini yaxşılaşdırmaq, üyüdülmüş balıq ətindən krevetka və krab çubuqlarını hazırlamaq üçün tekstura kimi də istifadə olunur.