Rusiyanın Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri, eləcə də Krasnodar diyarının bir sıra rayonları (Kuban, Starodubşina, Şimal və Şərqi Slobojanşina) rəsmi Kiyev tərəfindən tarixən ukraynalıların məskunlaşdığı ərazilər kimi tanınıb.
Azpost.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün bununla bağlı fərman imzalayıb.
“Bu gün biz təkcə Ukraynanın və xalqımızın birliyini gücləndirmək üçün deyil, həm də hüquq və azadlıqların birliyi, ukraynalılar və tariximiz haqqında həqiqətlər üçün addımlar atmalıyıq”, – Zelenski deyib.
Sənəd Ukraynanın Birlik Gününün 105-ci ildönümü münasibətilə hazırlanıb.
Prezidentin fərmanına əsasən, Ukrayna hakimiyyəti Rusiyanın müəyyən edilmiş ərazilərində ukraynalıların milli kimliyini qoruyub saxlamaq üçün fəaliyyət planı təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti ekspertlərin köməkliyi ilə bu ərazilərdə yaşayan və ya yaşamış ukraynalılara qarşı törədilmiş cinayətlər, məcburi ruslaşdırma siyasəti, siyasi repressiya barədə fakt və sübutların toplanmasını təmin etməldir.
Azpost.info