Rusiyanın “çirkli” pulları Britaniya şirkətlərində “yuyulur”- “Transparency İnternational”

Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər uzun müddətdir ki, Rusiyadan qeyri-qanuni olaraq pul vəsaitlərinin çıxarılmasına və bu ölkənin “çirkli” pullarının “yuyulmasına” kömək edir.

Azpost.info xəbər verir ki, bunu “Transparency İnternational”ın araşdırması üzə çıxarıb.

Məlum olub ki, 2013-2022-ci illər arasında belə şirkətlərin köməyi ilə ölkədən ən azı 150 milyon funt sterlinq çıxarılıb.

Ekspertlər Rusiya Cinayət Məcəlləsinin iki maddəsi – 193 (xarici valyutada və ya Rusiya valyutasında vəsaitlərin repatriasiyası üzrə öhdəliklərdən yayınma) və 193.1 (valyuta əməliyyatlarının aparılması) ilə müəyyən edilmiş müddət ərzində Rusiya məhkəmələrinin saxta sənədlərdən istifadə edərək qeyri-rezidentlərin hesablarına xarici valyutada və ya Rusiya valyutasında vəsait köçürməklə bağlı bir neçə yüz qərarını öyrəniblər.

Bəlli olub ki, təxminən hər onuncu işdə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdən bəhs edilir. “Transparency International” ekspertlərinə görə, prosesdə “çirkli pulların yuyulması” kimi tanınan bir sxemdən istifadə edilib.

Pulların çıxarılması və “çirkli pulların yuyulması” əməliyyatları İngiltərənin ümumi hüquq sistemində qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə həyata keçirilib. Belə firmaların təsisçiləri Seyşel adaları, Marşal, Virciniya adaları və ya Belizdə qeydiyyatdan keçmiş şirkətlərdir. Bu, son benefisiarlar haqqında məlumatları uğurla gizlətməyə imkan verir.

“Transparency İnternational” ekspertlərinin fikrincə, araşdırma yalnız 2022-ci ilə qədər Rusiyadan qeyri-qanuni ticarət əməliyyatlarını əhatə edib. O da istisna olunmur ki, Ukraynada müharibə başlayandan sonra oxşar Britaniya vasitəçi firmaları Rusiyaya ikili təyinatlı malların tədarükü üçün istifadə olunub.

Azpost.info

Əvvəlki məqalə

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Sonrakı məqalə

Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib