Əgər ABŞ öz silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsinə icazə versəydi, bu, Vaşinqtonun Ukrayna münaqişəsində iştirakı demək olmayacaqdı.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.
O qeyd edib ki, Ağ Evin müvafiq qərarı ABŞ-ın münaqişənin başlanğıcından bəri izlədiyi siyasətin davamıdır.
“Əgər Birləşmiş Ştatlar hər hansı silah sistemindən, o cümlədən ATACMS-dan istifadəyə icazə verirsə, bu, ABŞ-ın müharibədə birbaşa iştirakı mənasına gəlmir”, – Sallivan deyib.
Azpost.info