“Nüvə silahından istifadənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə Ukraynadakı münaqişənin hazırkı mərhələsindən danışarkən deyib.
“Xoşbəxtlikdən, Çin də bir müddət əvvəl bu barədə danışdı. Biz qorxmamalıyıq, lakin Rusiyanın ABŞ-la birlikdə dünyanın ən böyük nüvə gücü olduğunu qəbul etməliyik”, – sabiq kansler deyib.
Merkel həmçinin əlavə edib ki, hakimiyyətdə olarkən Rusiya ilə, o cümlədən enerji sektorunda əməkdaşlığa can atırdı, çünki bu, Almaniyanın milli maraqlarına uyğundur.
O, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının Avropa ilə Rusiya arasında münasibətlərin soyuqlaşmasına səbəb olmasından təəssüfləndiyini bildirib.
Azpost.info