Rusiyanın hərbi eksperti:“Ermənistan Qarabağı işğal edib, BMT qətnamələri icra edilməlidir”

“Azərbaycan ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal edilməsi BMT səviyyəsində qəbul edilib və BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi var. Hazırki şəraitdə qəbul etməliyik ki, beynəlxalq birliyin şüurlu hissəsi bu əsas, başlıca sənədlərin reallaşdırılmasının tərəfdarıdır. Həmin sənədlər əsasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkündür”.

 Azpost.info bildirir ki, bu sözləri  Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Koronavirus pandemiyası Rusiyanın Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərini necə dəyişəcək?” mövzusunda onlayn konfransda bildirib.

Ekspert qeyd edib ki, müasir dünyanın qəbul edilməsi dəyişir. Yeni çağırışlar və təhdidlər kollektiv şəklində cavab və ən əsası, əvvəlki ehkamklardan imtinanı tələb edir: “Hesab edirəm ki, müasir şəraitdə dövlət suverenliyi və dövlət sərhədlərinin möhkəmliyi daimi dəyərlərdir”.

Onun sözlərinə görə, əfsuslar olsun ki, Ermənistanda hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə “Qarabağ nizamlanmasında real irəliləyiş əldə etməyə dair qətiyyən heç bir, hətta cəhd belə yoxdur”. “Məsuliyyətsiz siyasi demaqoqluq, boşboğazlığa yer verilir. Bir daha təkrar edə bilərəm, Paşinyan – Ermənistanın Navalnısıdır. Bu şəxslər konstruktiv fəaliyyətə qadir deyillər. Heç olmazsa, görürdük ki, Serj Sarkisyan tərəfindən nizamlanma cəhdləri olurdu – KİV-də bu barədə məlumatlar sızılırdı”, – o qeyd edib.

Korotenko vurğulayıb ki, “Paşinyan tərəfindən Soros və ABŞ səfirliyinin dəstəyi ilə İrəvanda hakimiyyətə gələn və konstruktiv dialoqa qadir olmayan müxalifətçinin fəaliyyətini görürük”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizi qarşıda çox ağır 2 həftə gözləyir” –

Sonrakı məqalə

Hakerlər ölkədə “virus üçün ianə” adı ilə adamlardan pul qoparmağa çalışır –