Rusiyanın İsveçdəki səfirliyinin ərazisinə dron vasitəsilə boya atılıb

Noyabrın 29-na keçən gecə Rusiyanın Stokholmdakı səfirliyi üzərində uçan dron diplomatik nümayəndəliyin ərazisinə boya atıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS-a paytaxt polisinin mətbuat xidmətinin nümayəndəsi Mats Erikson məlumat verib.

PUA-nın axtarışları uğursuz alınıb. Hadisə vandalizm aktı kimi araşdırılır.

“PUA səfirliyin ərazisinə boya atıb. Biz helikopterdən istifadə edərək PUA-nı axtardıq, lakin uğursuz oldu”, – Erikson bildirib.

Bir gün əvvəl – noyabrın 28-də üç yeniyetmə İsveçin Moskvadakı səfirliyinə şüşə və boyalı rəsmlərlə hücum edib. Onlardan biri həbs zamanı qaçmağa cəhd edib, lakin sonda hər üçü polis bölməsinə aparılıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.