Rusiyanın məşhur “Komedy Klub” şousu bağlandı

Rusiyanın məşhur teleşousu olan “Komedy Klub” fəaliyyətini dayandırır. 

Azpost.info bildirir ki, sentyabrın 20-də Bakı vaxtı ilə saat 22:00-da TNT kanalında “Comedy Club” yumoristik teleşousunun sonuncu bölümü yayımlanacaq.

Layihə 19 ildir telekanalda yayımlanırdı.

“Qazprom-Media Holdinq” VK sosial şəbəkəsindəki səhifəsində aparıcı Qarik Xarlamovun sitatını paylaşıb: “Komedy Klub”ın bağlandığını təsdiq edirik.”

“Efirdə 20 televiziya mövsümü, 800-dən çox orijinal buraxılış, 2 TEFI mükafatı, 1500 stand-up, 4000 miniatür, dünyanın yüzlərlə şəhərində 10.000 konsert – bu rəqəmlərlə “Komedy Klub”taleyüklü vida çıxışına çatdı”, – “Qazprom” Media holdinqinin bəyanatında qeyd edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.