Rusiyanın “Mir” ödəniş sistemi Azərbaycanda işləmir –Mərkəzi Bankın sədrindən AÇIQLAMA

Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə nəzarətini davam etdirir.

“APA-Economics” xəbər verir ki, bunu keçirdiyi onlyan mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

O bildirib ki, banklar sözügedən sanksiyalardan məlumatlıdırlar. “Hər bir bank öz reputasiyasına xələl gətirməmək üçün diqqət edir. Hazırda sanksiya altına düşə biləcək addım görməmişik. “Mir” ödəniş sistemi Azərbaycanda çalışmır. Bu, münaqişədən əvvəl də belə idi”- deyə T. Kazımov əlavə edib.

Əvvəlki məqalə

“Rusiya Ermənistanla Azərbaycan arasında sülh üçün vasitəçiliyi davam etdirəcək”

Sonrakı məqalə

“İnfrastruktur obyektləri tikirik, səmərəli idarə edə bilmirik” –