“Şimali Koreya sentyabrın 9-da yaradılmasının 75-ci ildönümünü qeyd edib. Bundan başqa, suveren və müstəqil dövləti – Koreya Xalq Demokratik Respublikasını ilk tanıyan bizim ölkə olub”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromunda Şimali Koreya lideri Kim Çen Inla danışıqlarda deyib.
Bununla Putin liderlərin görüşünün xüsusi vaxtına diqqət çəkib. O əlavə edib. SSRİ 1948-ci il oktyabrın 12-də KXDR-lə ilk diplomatik əlaqələr qurdu və Şimali Koreya Rusiyanı Sovet İttifaqının hüquqi varisi kimi rəsmən tanıdı.
Danışıqlar başlamazdan əvvəl Putin və Kim Çen In “Vostoçnı” kosmodromuna baxış keçiriblər. Onlara “Anqara” daşıyıcı raketinin necə yığılması göstərilib, “Soyuz-2”nin xüsusiyyətləri barədə də məlumat verilib.
Şimali Koreya lideri fəxri qonaqlar kitabına belə bir yazı qoyub: “İlk kosmik tədqiqatçılar ölkəsi kimi Rusiyanın şöhrəti heç vaxt sönməyəcək”.
Putin qeyd edib ki, görüş “Vostochnı”da keçirilir, çünki Kim Çen In raket texnikası və kosmosun inkişafı ilə maraqlanır.
“New York Times” qəzeti peyk texnologiyasını danışıqların mümkün mövzularından biri adlandırıb. Bundan başqa, nəşr yazır ki, onlar Pxenyanın Ukraynada istifadə üçün Moskvaya artilleriya mərmiləri və tank əleyhinə raketlər tədarükünü müzakirə edə bilərlər. Həm Rusiya, həm də Şimali Koreya tərəfləri bundan əvvəl Rusiyaya KXDR-dən silah tədarükünün mümkünlüyü ilə bağlı bəyanatları rədd etmişdilər.
Rusiya tərəfdən danışıqlarda xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri Sergey Lavrov və Sergey Şoyqu, nəqliyyat naziri Vitali Savelyev, baş nazirin müavini Marat Xusnullin və başqaları iştirak edirlər.
KXDR nümayəndə heyətinə diplomatik və müdafiə departamentlərinin rəhbərləri də daxildir.
Bu, Putin və Kim Çen In arasında ikinci danışıqlardır. İlk görüş 2019-cu ilin aprelində baş tutub. Həmin vaxt da indi olduğu kimi, KXDR lideri Rusiyaya xüsusi qatarla gəlmişdi.
Azpost.info