Rusiyanın xüsusi nümayəndəsi sülh sazişini hazırlamaq üçün Bakıya gəlir

Rusiya XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev Bakıya səfərə gəlir. 

Azpost.info bildirir ki, bu barədə XİN-in MDB üzrə departamentinin direktoru Denis Qonçar RİA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Xovayevin Bakıya və İrəvana növbəti səfərində məqsəd sülh müqaviləsinin mətni üzərində işi davam etdirməkdir.

“Sülh sazişinin hazırlanması bizim Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün səylərində mühüm yer tutur. Bu məsələdə Rusiyanın köməyini Bakı və İrəvan təsdiqləyib. Bizim üçün bu özünüreklam deyil, böyük məsuliyyətdir“-deyə Qonçar bildirib.

O qeyd edib ki, bununla bağlı XİN rəhbəri Lavrov Xovayev lazımi göstərişləri verib. “Onun növbəti səfəri bu ay baş tutacaq”.

 

 

Əvvəlki məqalə

“Üçtərəfli Sazişin reallaşdırılması üçün yardımı davam etdirəcəyik” –

Sonrakı məqalə

“Yalnız legitim hərbi hədəflərə qarşı lokal cavab tədbirləri görülür” –