Rusiyaya qarşı 6-cı sanksiyalar paketində nələr var? –Avropa Birliyinin Ali nümayəndəsi açıqladı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim edəcək. Bu paket digər məsələlərlə yanaşı, daha bir neçə Rusiya banklının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını nəzərdə tutur.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel deyib. “SWIFT sistemindən ayrılan daha çox Rusiya bankı olacaq. Biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər üzərində də işləyirik”, – Borrel bildirib.

O əlavə edib ki, yeni anti-Rusiya sanksiyaları Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasında təsdiq oluna bilər. Şuranın növbəti iclasları mayın 10-u və 16-na təyin edilib. “Əminəm ki, Şuranın növbəti iclasında ən azı neft idxalı ilə bağlı razılığa nail olmaq mümkün olacaq”, – Aİ rəsmisi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.