Ruslar pullarını xaricə daşıyır- Ölkədən neçə milyard çıxarılıb?

Rusiya vətəndaşlarının xaricdə saxladıqları valyutanın məbləği ilk dəfə ölkə daxilində olan məbləği üstələyib.

Azpost.info xəbər verir ki, göstərici 57 milyard dollara qarşı 94 milyard dollar olub.

Rusiya mətbuatı yazır ki, cəmi bir il ərzində fiziki şəxslərin xarici hesablarına rekord məbləğdə vəsait – 63,7 milyard dollar çıxarılıb.

Məsələn, 2022-ci ildə ruslar Ermənistana 3,6 milyard dollar köçürüb ki, bu da bir il əvvəlkindən 4 dəfə çoxdur.

Gömrük Məcəlləsinə əsasən, bəyannamə olmadan Rusiyaya 10 min dollardan çox nağd pul gətirilə bilməz. İndi Rusiya Banklar Assosiasiyası bəyannaməsiz ölkəyə gətirilə bilən xarici valyutanın limitini 10 min dollardan 100 min dollara qaldırmağı təklif edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.