Rusların axınına görə Türkiyədə kirayə evlər üç dəfə bahalaşıb

Fevralın sonundan etibarən rusların axını ilə bağlı Türkiyədə kirayə evlər üç dəfə bahalaşıb.

Azpost.info bildirir ki, bu barədə rieltorlar RİA-ya bildiriblər.

Onların sözlərinə görə, Türkiyənin kurort zonaları ənənəvi olaraq ruslar arasında populyardır və fevralın sonundan Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya sakinlərinin uzunmüddətli kirayə evlərə tələbat xeyli artıb.

Son vaxtlar Antalya və Alanyada rusiyalılardan kirayə ev almaq üçün müraciətlərin sayı təxminən 4 dəfə artıb. Bu da əvvəllər 200-600 dollar səviyyəsində olan qiymətlərin bir ay ərzində 3 dəfə artmasına səbəb olub.

“Just Real Prime Broker”in idarəedicisi Yekaterina Şimanskaya bildirib ki, eyni şəkildə, İstanbul, İzmir, Bodrum və Fəthiyədə kirayə mənzillərin qiymətləri iki-üç dəfə artıb – kiçik bir studiya üçün ayda 1-1,5 min dollar tələb olunur.

Onun sözlərinə görə, indi yeni qiymətlərlə mənzil kirayə vermək çətindir, çünki təklif demək olar ki, bitib.

Bundan əlavə, rieltorlar diqqəti ona yönəldirlər ki, türkiyəli icarədarlar indi  altı aylıq məbləği əvvəlcədən ödəməyi tələb etməyə başlayıblar.

Rieltorların müşahidələrinə görə, ruslarhəmçinin kütləvi şəkildə Ermənistan və Gürcüstana üz tuturlar. Bu ölkələrdə kirayə evlərə tələbat bir yarım dəfə artıb.

Şimanskayanın sözlərinə görə, hazırda Tbilisidə mənzil kirayəsi ən azı 450-500 dollara başa gəlir (fevralın sonundakı qiymətlərə görə +30-50%), Batumi, Kutaisi və Rustavidə orta aylıq kirayə haqqı 350 dollardır.

“Oxşar mənzərə Ermənistanda da müşahidə olunur. Bu ölkədə tələbat və qiymət etiketi haradan asılı olmayaraq orta hesabla 30% artıb. Qiymət artımı nəzərə alınmaqla mənzilin kirayə qiyməti ayda 350 dollardan başlayır”,-deyə o əlavə edib.

Əvvəlki məqalə

Kimlər darıxdırıcı adam sayılır?

Sonrakı məqalə

Zelenski Krım və Donbassla bağlı şərtini açıqladı