“Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib: “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, – dedik”.
Türkiyə XİN başçısı qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.