Neftin bir barrelinin qiyməti 40 dollara geriləyə bilər.
Bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” konsaltinq şirkəti məlumat yayıb. Bildirilir ki, OPEC və müttəfiqlərinin Vyana iclasında hasailatın azaldılmasına dair sazişin müddətini uzatmayacağı və hasilat məhdudiyyətlərinin həcmini artırmayacağı təqdirdə gələn il “Brent” markalı xam neftin bir barrelinin qiyməti 40 dollara düşə bilər. Qlobal neft bazarında gündəlik orta hesabla 1 milyon barrel tədarük bolluğu isə neftin qiymətinin 5 faiz ucuzşalmasına səbəb olacaq. Qarşıdakı 6 ayda “qara qızıl”ın qiyməti 30 faizədək geriləyəcəyi gözlənilir.
“Rystad Energy”nin neft bazarı üzrə analitiki Bjornar Tonhaugen deyib: “OPEC və qeyri-OPEC ölkələrinə açıq mesajımız var. Hasilatın azaldılması üzrə hazırkı sazişin müddətinin uzadılması 2020-ci ildə balanslı neft bazarı və qiymət mühiti üçün kifayət deyil”.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb(azərtac).