Bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.
Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir. (APA)
Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub.
Nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.
Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.