Səhiyyə Nazirliyinin vəzifələri artırılıb

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə Nazirliyinin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

– “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;

– Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;

– dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;

– tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək.

Əvvəlki məqalə

Hindistanda seçkilərdə 642 milyon nəfər səs verib

Sonrakı məqalə

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunur