“Səhnəyə yarıçılpaq çıxırlar” – Dumadan müğənnilərin açıq-saçıq geyinməsinə etiraz

Rusiyada ictimai tədbirlər üçün sənətçilərin geyiminə məcburi tələblər tətbiq oluna bilər.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlmata görə, Dumanın Kommunist Partiyasından olan deputatı İrina Filatova mədəniyyət naziri Olqa Lyubimovaya müvafiq təklif göndərib.

“Bütün rus sənətçiləri öz davranışlarının və ifalarının geniş ictimaiyyətə təsirindən xəbərsiz olduğundan, sizdən xahiş edirəm ki, ictimai çıxışlardapop artistləri üçün məcburi geyim kodu tələblərinin tətbiqini nəzərdən keçirəsiniz”, – Filatova deyib.

Onun fikrincə, sənətçilər tamaşaçılara hörmət etməli və əxlaqi-etik standartlara və davranış qaydalarına əməl etməlidirlər: “Bu, işlərini gənclərə və uşaqlara yayımlayan sənətçilər üçün xüsusilə vacibdir”.

Filatova yarıçılpaq formada çıxış etməyin yerli şou-biznes ulduzları üçün çoxdan normaya çevrildiyini etiraf edib.

Deputatın müraciətinə səbəb müğənni Olqa Buzovanın iyunun 1-də Ufada keçirilən konsertdəki çıxışı olub. Tədbir Uşaqların Müdafiəsi Günündə olub. Müğənni səhnəyə qara çimərlik paltarı və hündür çəkmə ilə çıxıb.

Azpost.info

 

Əvvəlki məqalə

İran Avrasiya İttifaqında müşahidəçi dövlət statusu almaq istəyir

Sonrakı məqalə

Türkiyə BRİCS-ə qoşulmaq istəyir –