“Səlahiyyət müddətim hələ başa çatmayıb”- ZELENSKİ

“Prezident kimi səlahiyyət müddətim hələ başa çatmayıb”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Reuters” agentliyinə deyib.

“Mənim prezident kimi beş ilim hələ bitməyib. Hərbi vəziyyətə görə davam edir”, – Zelenski bildirib.

Ukrayna Konstitusiyasına əsasən, 2019-cu ildə 5 il müddətinə seçilən Zelenskinin prezident səlahiyyətləri mayın 21-nə keçən gecə başa çatıb. Lakin müharibə şəraitində Kiyev prezident seçkilərini keçirməkdən imtina edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Sonrakı məqalə

“Azərişıq” abonentlərə müraciət edib