Səməd Seyidov AŞPA-nın Azərbaycan üzrə məruzəçisini tənqid edib:

"Bir-birinizə qarşı hörmət edə bilmirsinizsə..."
27 Yanvar 2020 - 19:47

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdotti tənqid edib.

APA-nın Avropa bürosunun məlumatına görə, S. Seyidov AŞPA-nın qış sessiyasında çıxışında deyib ki, seçkiöncəsi Azərbaycana gələn AŞPA müşahidə missiyasının bəyanatı tənqidi yöndə olsa da, bəyanatda heç bir təhqiramiz ifadəyə yer verilməyib.

Ancaq. S. Seyidov bunu AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottir ilə bağlı deyə bilməyəcəyini söyləyib.

“Thorhildur Sunna Aevarsdotti bu qurumda öz fikirlərini çox qəbuledilməz şəkildə ifadə edib. Buna görə mən indi başa düşürəm ki, nəyə görə bu qurumda böhran var. Əgər bir-birinizə qarşı hörmət edə bilmirsinizsə, qəbuledilməz şəkildə danışırsınızsa, böhran olacaq”, – deyə o vurğulayıb.