“Biz AŞPA-da ölkələrdən danışmamalıq, onlara kömək etməliyik”.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında bildirib.
“Bizim debatlar reallığı əks etdirməlidir. Bu platformada aparılan müzakirələr obyektiv olmalıdır. Biz əlimizdən gələni etməliyik ki, ölkələrə kömək edək, onlardan danışmaqla kifayətlənməyək”, – o deyib.