Baş nazir Əli Əsədov Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında qərar imzalayıb.
Qərarda deyilir ki, “Elektroenergetika haqqında” Qanununun tətbiqi barədə” Prezidentin 2023-cü il 19 may tarixli Fərmanını icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərara alır:
Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 000 000 (beş milyon) kilovat-saat və ondan yuxarı müəyyən edilsin.
2. Bu Qərar 2025-ci il 1 iyul tarixindən qüvvəyə minir.