“Hesab edirik ki, sərhədlərin delimitasiya prosesi uğurla keçdi”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.
“İlk növbədə, Ermənistan və Azərbaycanın əldə etdiyi çox mühüm razılaşmanı qeyd etmək istəyirəm. Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başlamaq, bunun üçün SSRİ-nin hüquqi xəritələrindən istifadə olunması razılaşdırılıb. Buna görə də delimitasiya üçün 1976-ci ilin xəritəsi əsas götürüldü və biz ondan istifadə edərək demarkasiya apardıq. Delimitasiya prosesində sərhəd çəkilib. Sərhədin bu tərəfində Ermənistanın ərazisi var, sərhədin o tərəfində Azərbaycan ərazisi var”.
“Ərazilərə gəlincə, bu vaxta qədər həmin yerlərdə ordu dururdu. Oradakı mövqelərdə xidmət həyata keçirildiyi üçün orada yaşayan icmaların öz torpaqlarına çıxışı yox idi. İndi silahlı qüvvələr bu mövqeləri tərk edəndə və sərhədçilər yerləşdiriləndə, bu ərazilər gündəlik əkin işlərini yerinə yetirmək üçün kənd sakinlərinin nəzarətinə keçəcək”, – deyə ER katibi bildirib.
Qriqoryan delimitasiya prosesinin müvəffəqiyyətlə keçdiyini və 1976-cı il xəritələrindən istifadə edilərək digər bölgələrdə də aparılacaqğını qeyd edib.