“Sərhədlərin delimitasiyası mexanizmləri bu ilin sonuna kimi yaradılacaq” –

PUTİNDƏN YEKUN AÇIQLAMA
26 Noyabr 2021 - 21:22

“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmləri bu ilin sonuna kimi yaradılacaq”.

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı çıxışında bildirib.

Putin üçtərəfli görüşün konstruktiv keçdiyini və vəziyyətin dərin analizinin aparıldığını söyləyib. O, danışıqlarda humanitar məsələlərlə bağlı irəli gedildiyini, eləcə də nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılıq əldə olunduğunu söyləyib.