Sinir hüceyrələrinin ölümü ilə işemik zonalar meydana gətirən “səssiz insult”u – beyin damarlarında qan axınının pozulmasının əlamətlərini müəyyən etmək çətindir. Lakin xəstəliyin inkişafını göstərə biləcək bəzi əlamətlər var.
Azpost.info bildirir ki, bu barədə Sankt-Peterburq telekanalına açıqlamasında nevroloq Natalya Şipitsina bildirib.
Onun sözlərinə görə, insultun ilk əlamətlərinə başgicəllənmə, zəif eşitmə,qulaqda küy və nitq pozğunluğu daxildir.
Həmçinin qolların, ayaqların qısamüddətli keyiməsi və ya əzalarda zəiflik beyində artıq formalaşmış işemiya nöqtələrini göstərə bilər.
Risk qrupuna hipertoniya, şəkərli diabet, müxtəlif ürək ritm pozğunluqları olan xəstələr və yuxu damarlarında aterosklerotik diaqnozu qoyulmuş insanlar daxildir.
“Səssiz insult”a səbəb hərəkətsizlik, fiziki fəaliyyətin olmaması, həddindən artıq şirniyyat və yağlı qidalarla qidalanma və piylənmədir.