Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi bu gün başa çatır.
Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.